Azərbaycan Xüsusi Olimpiya Komitəsi
Respublika yarışları keçirilib
28 may 2017

2017-ci il üzrə idman tədbirlərinin təqvim planına uyğun olaraq, Azərbaycan Respublikası Xüsusi Olimpiya Komitəsi yaz mövsümü ərzində 12 idman növü üzrə Respublika yarışları keçirmişdir.

Respublika yarışları atletika, basketbol, badminton, cüdo, döşəmə üzərində hokkey, florbol, futbol, həndbol, pauerliftinq, stolüstü tennis, üzgüçülük və voleybol idman növləri üzrə keçirilməklə, seçmə xarakterli olmuş və eyni zamanda, 2017-2018-ci illərdə keçiriləcək Beynəlxalq yarışlara hazırlıq mərhələsi statusunu daşımışdır.

Yarışlarda Bakı və Abşeronun 15-ə yaxın sosial xidmət müəssisələri, uşaq evləri, yardımçı və xüsusi internat məktəblərinin, eyni zamanda Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Göyçay və Salyan regional Xüsusi Olimpiya filiallarının komandaları və 1500-ə yaxın idmançısı iştirak etmişdir.

Eyni yarışlar cari ilin payız mövsümündə də təşkil olunacaqdır.