Azərbaycan Xüsusi Olimpiya Komitəsi
20 iyul – Yunis Kennedy Şrayver Günü
20 iyul 2017

Yunis Kennedy Şrayver Günü – hər il onun xatirəsinin yad edildiyi gündür. Bu gün həm də hər kəsi “Birgə yaşamaq üçün birgə oynamaq” şüarı altında birləşdirir, çünki xanım Şrayver bizlərə öyrətdi ki, oyun meydançasında biz fərqlərimizi unudub, ümumi insani cəhətlərimizi kəşf edirik.

Biz də, 20 iyul – Yunis Kennedy Şrayver Günündə hər kəsi birgə oynamağa və dünyanı birgə yaşamağa dəvət edirik.