Komitənin mart-iyun ayları ərzində atletika, basketbol, badminton, cüdo, döşəmə üzərində xokkey, florbol, futbol, həndbol, pauerlifting, stolüstü tennis, üzgüçülük və voleybol idman növləri üzrə Respublika yarışları təşkil olunmuş və keçirilmişdir. Yarışlarda Bakı-Abşeron, Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Göyçay və Salyan regionlarından Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi və təhsil nazirliklərinin 25-ə yaxın sosial xidmət müəssisələri, uşaq evləri, yardımçı, xüsusi məktəb və internatların komandalarından 1000-dən çox idmançı iştirak etmişdir.
Eyni zamanda, Komitənin mini-futbol üzrə yığma komandası cari ilin 22-27 aprel tarixində Rusiya Federasiyanın Sankt-Peterburq şəhərində Avropa Futbol Turnirində iştirak etmişdir və aşağıdakı nəticələri göstərmişdir:
Azərbaycan 2:0 Faroe adaları
Azərbaycan 3:3 Belarus
Azərbaycan 1:2 Qazaxıstan
III - IV yerlər uğrunda yığma komandamız Farer adaları ilə bir daha görüşmüş və 6:0 hesabı ilə qalib gələrək Avropa Turnirinin bürünc medallarına layiq görülmüşdür.
multimedia6-10 iyun tarixində isə Serbiyanın Zerenjanin şəhərində Avropa Voleybol Turniri keçirilmişdir. Yığma komandamızın ilkin oyunlarda nəticələri aşağıdakı kimi olmuşdur:
Azərbaycan 25:14 Belarus
Azərbaycan 25:15 Serbiya-2
İlkin oyunlardan sonra yığma komandamız II divizionunda mübarizəni davam etdirmişdir. Nəticələr aşağıdakı kimi olmuşdur:
Yarımfinal: Azərbaycan-Almaniya – 25:18, 25:15
Final: Azərbaycan-Serbiya-1 – 13:25, 16:25
Beləliklə yığma komandamız Voleybol üzrə Avropa Turnirində yalnız Serbiyanın I komandasına məğlub olaraq gümüş medallara layiq görülmüşdür.
multimediaCari ilin aprel ayının 4-də Park İnn hotelinin Dan ulduzu zalında Ümumdünya Xüsusi Olimpiya Hərəkatının 50-illik yubileyi ilə əlaqədar gənc liderlərin “Global Forumu”nun imzalanma mərasimi keçirilmişdir. İmzalanma mərasimi Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov və Avropa/Avrasiya Xüsusi Olimpiadasının Prezidenti Devid Evangelista arasında olmuşdur. Eyni zamanda, bu mərasində “Global Forum”un iştirakçılarından biri olan Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun Azərbaycan Nümayəndəliyinin rəhbəri Fərid Babayev ilə və Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Şahin Əliyev arasında əməkdaşlıq haqqında müvafiq memorandum imzalanmışdır.
multimedia2018-ci il 26-27 iyun tarixində Bakı İdman Sarayının arenasında Azərbaycan Xüsusi Olimpiya Komitəsi və Birləşmiş Millətlər Təşkilatı Əhali Fondunun (UNFPA) Azərbaycan Nümayəndiliyi ilə birgə həyata keçirilən qız futbolunun inkişafı layihəsinin təqdimatı olmuşdur. Eyni zamanda, Unified “Birləşmiş İdman” proqrammı üzrə həyata keçirilən layihənin təqdimatı olmuşdur. Təqdimat zamanı Avropa/Avrasiya Komitəsinin mütəxəssisi xanım Jenni Hakkinen layihədə iştirak edən atletlər və məşqçi-müəllimlər üçün açıq təıim-məşq prossesi keçmişdir.
multimedia2018-ci təqvim ilinin II yarımilliyində aşağıda göstərilən tədbirlər keçiriləcəkdir;
- 2019-ci ilin 8-22 mart tarixlərində Birləşmiş Ərəb Əmirliklərinin Paytaxtı Abu Dabi şəhərində keçiriləcək Ümumdünya Xüsusi Yay Olimpiya Oyunlarına 10 idman növü üzrə yığma komanadların hazırlığı (atletika, basketbol, badminton, cüdo, futbol, həndbol, pauerliftinq, stolüstü tennis, üzgüçülük, voleybol);
- 2018-ci ilin 24-28 sentyabr tarixlərində Bakı şəhərində keçirilicək Ümumdünya Xüsusi Olimpiya Hərəkatının 50-illik yubileyinə həsr olunmuş gənclərin “Global Forumu”na və digər tədbirlərinə hazırlıq;
- Azərbaycan Xüsusi Olimpiya Hərəkatının 25-illik yubileyi ilə əlaqədar keçiriləcək Komitənin 10 idman növü üzrə III Milli Oyunların təşkili və keçirilməsinə hazırlıq (oktyabr ayının I ongünlüyü);
- 3 dekabr Beynəlxalq Əlillər Gününə həsr olunmuş “Basketbol həftəsi” və voleybol yarışlarına hazırlıq (1-3 dekabr).
Bakı ş.,Mikayıl Useynov pr.,26A ,AZ1005
Bakı İdman Sarayı (4 -cü mərtəbə ) , (012)480 08 73
nationaldirector@azspecialolympics.com